пятница, 18 ноября 2011 г.

НОРМСТРАСП


Qohum funksiyalar:

 
Sintaksis:
НОРМСТРАСП(z)
Nəticə:
Standart normal paylanmanı hesablayır.
Arqumentlər:
z: normal paylanması hesablanan qiymət.
Qeydlər:
əgər z arqumenti ədəd deyildirsə, onda НОРМСТРАСП funksiyası özünün yazıldığı oyuğa #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir.
Riyazi-statistik interpretasiya:
НОРМРАСП funksiyasının təsvirinə bax.
Standart normal paylanma hesabi orta qiyməti sıfıra, standart meyli vahidə bərabər olan “adi” normal paylamadır.
Standart normal paylanmanın xüsusi olaraq ayrılması onunla əlaqədardır ki, o, və   σ –nın başqa qiymətlərində də ( uyğun olaraq 0 və 1 qiymətlərindən  fərqli qiymətlərdə) normal funksiyanın hesablanmasıda istifadə olunur. Ehtimal və statistika nəzəriyyələrindən olan dərsliklərində standart normal paylanma funksiyasının qiymətlər cədvəli verilir.
Misal
Standart normal paylanma funksiyasının  z = 1,5 nöqtəsində qiymətini hesablamalı.

Həlli
Standart normal paylanmanın inteqral funksiyası aşağıdakı düsturla hesablanır:


Riyazi statistika üzrə dərsliklərdə normal paylanma funksiyasının qiymətlər cədvəli hazır şəkildə verilir. Həmin cədvəldən istiffadə etsək, alarıq:


  

 
İndi də bu məsələni НОРМСТРАСП funksiyası vasitəsilə həll edək.
1.    Nəticənin yazılacağı oyuğu seçək ($A$4).
2.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından НОРМСТРАСП funksiyasını seçək. Bu zaman НОРМСТРАСП funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
3.    Z sahəsinə daxil olargirib 1,5 qiymətini daxil edək. OK düyməsini basdıqdan sonra $A$4 oyuğunda hesablamanın nəticəsi olan 0,933 qiyməti əmələ gələcəkdir.